Türkiyə ilə Ermənistan arasında Alican sərhəd-keçid məntəqəsinin
açılması üçün texniki işlər başlayıb.
Bunu Türkiyənin “Hürriyət” nəşri yazıb.
Bildirilib ki, iki ölkə arasında münasibətlərin normallaşması
prosesi davam edir.
Qeyd olunub ki, Türkiyə ilə Ermənistan arasında karqo uçuşlarının
başlaması üçün işlər sona çatıb:
“2022-ci ilin
sonunadək iki ölkə arasında uçuşlar başlayacaq. Beləliklə, Türkiyə
istehsalı olan mallar karqo yolu ilə birbaşa Ermənistana
çatdırılacaq”.
Məlumata görə, başqa bir məsələ Alican sərhəd-keçid məntəqəsinin
açılması ilə üçüncü ölkə vətəndaşlarının iki ölkə arasında səfərinə
icazə verilməsinin təmin edilməsidir:
“Sərhəddə
təxminən 128 metrlik körpü var. Təhlükəsiz keçid üçün bu körpü
təmir edilməlidir. Amma qış fəsli bu istiqamətdə ciddi addımların
atılmasını ləngidir”.
Qəzetin xəbərinə görə, iki ölkə arasında tezliklə birbaşa ticarətin
başlaması üçün də hazırlıq işləri görülür.