7 dekabr tarixində Bakıda Marneulili rəssam Hacı Rizvan İsmayılın
rəsm əsərlərindən ibarət sərgisi keçirilib.
Sərgidə İsmayılın 10-a yaxın tablosu nümayiş etdirilib və satılıb.
Rizvan İsmayılın dostlarının təşkilatçılığı ilə keçirilən sərgidə
rəssamın müxtəlif üslublarda yaratdığı əsərlər nümayiş
etdirilib.
Təşkilatçılar tərəfindən verilən məlumata görə, Rizvan İsmayılın
mart ayında daha böyük sərginin keçirilməsi planlaşdırılır.
Sərgi Bakı şəhərində yerləşən “Premium Park” oteldə baş tutub.
Qeyd edək ki, Rizvan İsmayılın yaratdığı əsərlər dünyanın bir çox
ölkələrində sərgilənib. Rəssam iştirak etdiyi sərgilərdə xüsusi
mükafatlarla təltif olunduğunu bildirdi. O, 2015-ci ildə Bakı
şəhərində keçirilən “Dünya Rəssamlarının Beynəlxalq Sərgisi”-nə
qatılaraq Gürcüstanı təmsil edib və “Türk xalqlarının dostluğu”
ordeni ilə təltif olunub. Rusiyanın paytaxtı Moskvada “Ənənələr və
Müasirlik” adlı beynəlxalq festivalda yaratdığı yeni üslubunu sərgi
iştirakçılarına təqdim edib. Rəssam deyir ki, yaratdığı
heykəltəraşlıq və memarlıqda istifadə olunan “Numerologizm”
(Əbcədizm) üslubu tamaşaçılar və görkəmli rəssamlar tərəfindən
böyük maraqla qarşılanıb. Hətta rəssamlıq sahəsində yeni fikir
yaradığına görə mükafata layiq görülüb. O, 2016-cı ildə Parisdə
beynəlxalq sərgidə iştirak edib. İsmayılov deyir ki, yaratmış
olduğu yeni üslubu burada da böyük maraqla qarşılanıb. Rəssamın
İstanbul və Tbilisi şəhərlərində də sərgiləri keçirilib. 2019-cu
ildə rəssamın 50 illik yubileyi münasibəti ilə Bakıda fərdi sərgisi
keçirilib. Sərgi zamanı rəssam “Yeni Azərbaycan Partiyasının”,
“Azərbaycan Mədəniyyət Nazirliyinin” fəxri fərman və diplomlarına
layiq görülüb.
Rizvan İsmayıla həmçinin Almaniyada yerləşən Avropa Təbii Elmlər
Akademiyasının təsis etdiyi Azərbaycanın görkəmli rəssamı Sakit
Məmmədov adına mükafat alıb.
2020-ci ilin iyul ayında isə o, UNESCO-nun Ümumdünya Rəssamlar
İttifaqının üzvü seçilib.
Məlumat üçün qeyd edək ki, Rizvan İsmayılov Gürcüstan Rəssamlar
İttifaqının, həmçinin Gürcüstan Rəssamlar Federasiyasının üzvüdür.
O, eyni zamanda Azərbaycan Reklamçılar İttifaqının üzvü və
Gürcüstan bürosunun rəhbəridir.
Rəssam “İdeal cəmiyyət”, “Özünəqayıdış”, “Müqəddəs”, “Rəqəmsal”,
“Üç kitab”, “Sirli mağara”, “Yaşam tərzi”, “Dua anında”, “Fərqli
düşüncə”, “Mehriban ailə”, “Həyatın rəngi”, “Yüksəliş”, “Yeni
doğuluş”, “İnsan”, “Müqəddəs 40” və s. əsərlərin müəllifidir.