Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin anası bəyanatla
çıxış edərək ictimaiyyəti sabah, dekabrın 9-na planlaşdırılan
aksiyaya gəlməyi xahiş edir.
Bu bəyanat Mixeil Saakaşvilinin rəsmi Facebook səhifəsində dərc
olunub.
“Mən Gürcüstan cəmiyyətinə müraciət etmək istəyirəm. Oğlum,
Gürcüstanın üçüncü prezidenti və Ukrayna Milli İslahat Şurasının
sədri ölüm ayağındadır. Klinika həkimləri ümidsizliyə
qapılıblar.
Mən hamıdan oğlumu, hakimiyyət orqanlarını, Gürcüstan və beynəlxalq
ictimaiyyəti xilas etməyi xahiş edirəm. Proses baş verəndə bütün
biganə olmayan şəxslərdən xahiş edirəm ki, məhkəməyə gəlsinlər və
heç bir siyasət olmadan dinc şəkildə insan həyatının xilası üçün öz
mövqelərini bildirsinlər.
Həyatımda heç vaxt mən belə bir çağırışla müraciət etməmişəm, amma
indi mənim üçün çox çətin an gəlib və hər kəsin həmrəyliyinə ümid
edirəm”, - Alasanianın bəyanatında deyilir.
Dekabrın 9-da Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və ya
azad edilməsi üzrə məhkəmə prosesi ilə eyni vaxtda “Milli Hərəkat”
Tbilisi şəhər məhkəməsində Saakaşviliyə dəstək aksiyası
keçirəcək.