Gürcüstanda soğanın topdansatış qiyməti növbəti rekord həddə
yüksəlib.
EastFruit analitiklərinin bildirdiyinə görə, yerli tədarük kifayət
qədər olmadığından, idxalın özü də qiymətlərə təsir edəcəyindən
gələcəkdə qiymət artımları gözlənilir.
2022-ci ilin dekabr ayının ilk həftəsində soğanın qiyməti kiloqramı
üçün 1,20 laridən 1,40 lariyə yüksəlib. Tələbin artmasına çoxlu
sayda rusların ölkəyə axını səbəb olub.
Yerlilər idxalın kifayət qədər baha olacağını iddia edirlər və
bunun bir neçə səbəbi var:
Ən böyük istehsalçı Türkiyə öz bazarını qorumaq üçün ixracı qadağan
etdi;
• Digər qonşu ölkələrdən soğan idxalı son vaxtlar bahalaşıb;
• Gələcək idxal üçün yerli qiymətlər o qədər də yüksək olmaya
bilər;
• Nəqliyyat çatışmazlığı var, bunun nəticəsində məhsulun daşınması
baha başa gəlir.
Bir çox gürcü fermerlər qiymətlərin daha da artacağına inanırlar və
bu dəfə soğan saxlayırlar. Bu amil qiymətlərə əlavə olaraq mənfi
təsir göstərir.
Cari ilin 11 ayı ərzində Gürcüstana 27 min ton soğan idxal olunub
ki, bu da ayda orta hesabla 2,5 min ton deməkdir. Əsas idxal edən
ölkələr Qazaxıstan, Ermənistan və Serbiyadır.