Gürcüstanda soğan bahalaşır - məhsul neçəyədir?
Gürcüstanda soğanın topdansatış qiyməti növbəti rekord həddə yüksəlib.

EastFruit analitiklərinin bildirdiyinə görə, yerli tədarük kifayət qədər olmadığından, idxalın özü də qiymətlərə təsir edəcəyindən gələcəkdə qiymət artımları gözlənilir.

2022-ci ilin dekabr ayının ilk həftəsində soğanın qiyməti kiloqramı üçün 1,20 laridən 1,40 lariyə yüksəlib. Tələbin artmasına çoxlu sayda rusların ölkəyə axını səbəb olub.

Yerlilər idxalın kifayət qədər baha olacağını iddia edirlər və bunun bir neçə səbəbi var:

Ən böyük istehsalçı Türkiyə öz bazarını qorumaq üçün ixracı qadağan etdi;

• Digər qonşu ölkələrdən soğan idxalı son vaxtlar bahalaşıb;
• Gələcək idxal üçün yerli qiymətlər o qədər də yüksək olmaya bilər;
• Nəqliyyat çatışmazlığı var, bunun nəticəsində məhsulun daşınması baha başa gəlir.


Bir çox gürcü fermerlər qiymətlərin daha da artacağına inanırlar və bu dəfə soğan saxlayırlar. Bu amil qiymətlərə əlavə olaraq mənfi təsir göstərir.

Cari ilin 11 ayı ərzində Gürcüstana 27 min ton soğan idxal olunub ki, bu da ayda orta hesabla 2,5 min ton deməkdir. Əsas idxal edən ölkələr Qazaxıstan, Ermənistan və Serbiyadır.

Mənbə: BPN

Print