Mixeil Saakaşvilinin vəkillərindən İrakli Lomia “Vivamed”
klinikasında olub.
O, klinikadan çıxandan sonra bildirib ki, Mixeil Saakaşvili
istənilən yolla sabaha təyin olunan məhkəmə iclasında iştirak etmək
arzusundadır və razıdır.
“Mixeil Saakaşvili sabahkı məhkəmə prosesində iştirak etmək
arzusunda olduğunu bildirib. Yəqin ki, Penitensiar Xidmət onun
gətirilməsinə köməklik edəcək. Ona görə də o, məhkəmə iclasında
hətta köməkçi vasitələrlə, məsələn, əlil arabası, xərək və ya hər
hansı digər vasitələrlə iştirak etməlidir...” o,
jurnalistlərə bildirib.
Onun sözlərinə görə, onlar məhkəmə iclasında şahidlərin çıxarılması
ilə bağlı vəsatət qaldıracaqlar, çünki Mixeil Saakaşvilinin
səhhətinin vəziyyətini nəzərə alaraq prosesi gecikdirmək olmaz.
Vəkil deyir ki, iclasda yalnız mərkəzi şahidlər
dindirilməlidir.
Mixeil Saakaşvilinin məhkəməsi sabah saat 13:00-a təyin edilib.
Məhkəmədə onun azadlığa buraxılması və ya cəzasının təxirə
salınması məsələsini müzakirə etməlidirlər.