Vəkil: Saakaşvili məhkəmədə xərəklə, əlil arabası və ya başqa vasitələrlə iştirak etmək istəyir
Mixeil Saakaşvilinin vəkillərindən İrakli Lomia “Vivamed” klinikasında olub.


O, klinikadan çıxandan sonra bildirib ki, Mixeil Saakaşvili istənilən yolla sabaha təyin olunan məhkəmə iclasında iştirak etmək arzusundadır və razıdır.

“Mixeil Saakaşvili sabahkı məhkəmə prosesində iştirak etmək arzusunda olduğunu bildirib. Yəqin ki, Penitensiar Xidmət onun gətirilməsinə köməklik edəcək. Ona görə də o, məhkəmə iclasında hətta köməkçi vasitələrlə, məsələn, əlil arabası, xərək və ya hər hansı digər vasitələrlə iştirak etməlidir...”
o, jurnalistlərə bildirib.

Onun sözlərinə görə, onlar məhkəmə iclasında şahidlərin çıxarılması ilə bağlı vəsatət qaldıracaqlar, çünki Mixeil Saakaşvilinin səhhətinin vəziyyətini nəzərə alaraq prosesi gecikdirmək olmaz. Vəkil deyir ki, iclasda yalnız mərkəzi şahidlər dindirilməlidir.

Mixeil Saakaşvilinin məhkəməsi sabah saat 13:00-a təyin edilib. Məhkəmədə onun azadlığa buraxılması və ya cəzasının təxirə salınması məsələsini müzakirə etməlidirlər.

Mənbə: Publika

Print