Marneulinin kəndlərində elektrik enerjisinin verilməsi dayandırılacaq
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 9 dekabr tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.

Şirkətdən verilən məlumata görə, bu gün saat 11:10-dan 18:00-a kimi Marneuli rayonunun Əzizkənd, Təzəkənd, Algeti, Hacisəkənd, Xutor Lejbəddin, Böyük Muğanlı, Lejbəddin, Birinci Kosalı, İkinci Kosalı, Kəpənəkçi, Keşəli, Qaçağan, Ağməmmədli, Təkəli, Kirəç Muğanlı, Xancığazlı, Axlımahmudlu, Araflı, Qasımlı, Şulaveri və ətraf kəndlərində elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

Mənbə: tv4.ge
Print