GUAM: "Xain terror aktını törədənlərin və sponsorlarının məsuliyyətə cəlb olunmasını tələb edirik"
GUAM Azərbaycanın İrandakı səfirliyində törədilən və səfirliyin əməkdaşının ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.

Bu barədə təşkilatın yaydığı açıqlamada bildirilib.

GUAM diplomatik nümayəndəliyə terror hücumu zamanı həlak olan mühafizəçinin ailəsinə, səfirliyin əməkdaşlarına və Azərbaycana dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib:

“GUAM Katibliyi olaraq Azərbaycan Respublikası ilə qəti həmrəy olduğumuzu bildirir, bu xain terror aktını törədənlərin və sponsorlarının məsuliyyətə cəlb olunmasını tələb edirik", - təşkilatın açıqlmasında vurğulanıb.

Qeyd edək ki, təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google