Biz Azərbaycanın İrandakı səfirliyinə hücumu şiddətlə qınayırıq.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında
belə qeyd olunub.
"Azərbaycanın İrandakı səfirliyinə hücumu şiddətlə
qınayırıq. İstənilən diplomatik nümayəndəliyə qarşı hər hansı
zorakılıq tamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə
başsağlığı veririk", - bəyanatda qeyd olunub.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30
radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.
Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə
postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə
yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun
qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti
qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən
saxlanılıb.