Marneuli Bələdiyyə Məclisinin növbəti iclası bazar ertəsi, 30
yanvar tarixində keçiriləcək.
Bu barədə Bələdiyyə Məclisinin feysbuk səhifəsində anons
paylaşılıb.
Məlumata görə, iclasda beş məsələnin müzakirə edilməsi
planlaşdırılır:
1. “Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsinin
təsdiqlənməsi haqqında” Marneuli Bələdiyyə Məclisinin 2022-ci il 29
dekabr tarixli 30 saylı sərəncamında dəyişiklik edilməsi.
Məruzəçi, Maia Naveriani, Teona Parciani
2. “Marneuli meriyasında əmək müqaviləsi ilə işlə təmin edilmiş
şəxslərin sayı və onların əməkhaqqının miqdarı ilə bağlı razılaşma
haqqında” Marneuli Bələdiyyə Məclisinin 2021-ci il 17 mart tarixli
12 saylı sərəncamında dəyişiklik edilməsi haqqında
Məruzəçi. Teona Parciani
3. “Marneuli Bələdiyyə Məclisi Aparatında əmək müqaviləsi ilə
işləyən şəxslərin sayı və onların əməkhaqqı miqdarının müəyyən
edilməsi haqqında” Marneul Bələdiyyə Məclisinin 2022-ci ilin 26
dekabr tarixli 76 saylı sərəncamında dəyişiklik edilməsi
haqqında
Məruzəçi. Teona Parciani
4. Gürcüstan dövlət büdcəsi ilə nəzərdə tutulmuş Gürcüstan
Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan
maliyyələşdirilmiş layihələr haqqında
Məruzəçi .Adil Əliyev
5. Sosial məsələlər
Məruzəçi. Zurab Çoniaşvili
Vətəndaşların Bələdiyyə Məclisinin iclasında iştirak etməsi
sərbəstdir. Hər bir şəxs iclasda iştirak edə bilər.