Levan Xabeişvili “Milli Hərəkat”ın gücləndirilməsi üçün 12 bəndlik plan təqdim edib
“Vahid Milli Hərəkat” partiyasının sədrliyinə namizəd Levan Xabeişvili bu gün keçirilən brifinqdə partiyanın gücləndirilməsi ilə bağlı 12 bəndlik planı təqdim edib.

Onun sözlərinə görə, bu planın həyata keçirilməsi qələbə qazandığı gündən başlayacaq və bu, “milli hərəkətsizlik”dən “milli hərəkat”a doğru bir plandır.

Partiya sədrliyinə namizədin 12 bəndlik planı belədir.
  1. Mixeil Saakaşvilinin azad edilməsi üzrə qərargahın və siyasi məhbusların azad edilməsi komitəsinin yaradılması;
  2. Partiyanın Mərkəzi Katibliyinin yenidən qurulması. Baş katib yenidən Petre Ciskarişil olacaq;
  3. Tbilisi şəhər təşkilatı yenilənəcək və gücləndiriləcək. Bu, ilk 100 gündə baş verəcək;
  4. “Milli Hərəkat”da gənclər təşkilatının yenilənməsi və siyasi məktəbin açılması;
  5. Regional infrastrukturun saxlanılması və güclü regional təşkilatların yaradılması;
  6. Milli Şura üzvləri əsasında Yerli özünüidarə üzvlərinin qurultayı yaradılacaq və bu qurultay daimi olacaq;
  7. Martda siyasi şura seçkiləri olacaq və siyasi şura çevik olmalıdır;
  8. “Milli Hərəkat”da qadın təşkilatı gücləndirilməlidir;
  9. “Milli Hərəkat”ı dəstəkləyən mühacirlərin qeydiyyatı;
  10. Partiyadan yuxarı olan müşavirə şurası yaradılacaq;
  11. Büdcə şəffaflaşacaq və büdcəyə layihəyə uyğun sərəncam veriləcək;
  12. VMH-ın qurultayı ilk 100 gündə çağırılacaq.
“Onu da demək istəyirəm ki, biz heç kimi heç yerə göndərməyəcəyik, parçalanmayacağıq, heç kimdən cavab tələb etməyəcəyik. Qələbədən dərhal sonra mən hamıya əməkdaşlıq əlini uzadıram”, - Xabeişvili bildirib.

Mənbə: Publika
Print