İstintaq xidməti xüsusilə külli miqdarda rüsumsuz siqaretlərin saxlanması və daşınması faktına görə bir nəfəri saxlayıb
Aksiz markası məcburi əlavə edilməli olan, xüsusilə külli miqdarda aksiz markası olmayan malların saxlanması və daşınması faktına görə 1 nəfər saxlanılıb.

Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz maddi sərvət əldə etmək və daha da satmaq məqsədilə Tbilisi şəhərində yük maşınında külli miqdarda rüsumsuz siqaret saxlayıb.

“Aparılmış istintaq hərəkətləri nəticəsində ümumi dəyəri 241 639 lari olan 54 918 qutu müxtəlif nominallı rüsumsuz siqaretlər götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 8 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 200-cü maddəsinin 3-cü hissəsi ilə aparılır.

Təqsirləndirilən şəxs saxlanılıb, adı çəkilən cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər görülür”,
- məlumatda qeyd olunur.


Print Email
FaceBook Twitter Google