Gürcüstan həbsxanalarında 100 Azərbaycan vətəndaşı saxlanılır
Gürcüstan həbsxanalarında 100 Azərbaycan vətəndaşı saxlanılır.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin 31 dekabr 2022-ci il üzrə hesabatında bildirilib. Qeyd olunub ki, həbs olunanlardan 19-na qarşı ittiham irəli sürülüb, 81-nə isə hökm oxunub.

Həbsdə olan Azərbaycan vətəndaşlarından biri yetkinlik yaşına çatmayan olmaqla, 90-ı kişi, 10-u isə qadındır.

Məlumata əsasən, hazırda Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı 43 nəfər təşkil edir.

Qeyd olunub ki, Gürcüstanda ümumilikdə 654 əcnəbi həbsdədir.

Mənbə: apa.az

Print