Saakaşvili məhkəmə iclasında iştirak edib: “Adekvat müalicə olunmasını tələb edirəm” – Video
Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvili məhkəmədə Vivamed klinikasından qoşulub.

Onun cəzasının təxirə salınması və ya azad edilməsi ilə bağlı vəsatətin növbəti iclası bu gün, fevralın 1-də Tbilisi Şəhər Məhkəməsində keçirilir.

“Mən Gürcüstana bütün biliyimi və yaradıcılığımı vermişəm... tək tələbim odur ki, mənə adekvat müalicə imkanı verilsin... lazım gələrsə...”
– bu, Mixail Saakaşvilinin müraciətindən bir fraqmentdir. Texniki problemlərə görə onun nitqini başa düşmək mümkün olmayıb.





Print