Tbilisi şəhər məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixeil
Saakaşvilinin cəzasının təxirə salınması və ya azadlığa buraxılması
işi üzrə məhkəmə iclası keçirilir. Saakaşvili prosesə “Vivamed”
klinikasından distant qoşulub.
Distant qoşulmadan görünür ki, Mixeil Saakaşvili zəifdir və
danışmağa çətinlik çəkir. Hakim ondan səhhətinin vəziyyətini
soruşub, o cavab verib ki, səhhəti kəskin şəkildə pisləşib. Sonra
o, Ukrayna dilində danışmağa davam etməyi xahiş edib.
Prosesdə distant iştirak zamanı o, hakimə və məhkəmə zalındakı
insanlara fiziki cəhətdən necə göründüyünü göstərib.
“Qeyri-etik şəkil üçün hər kəsdən üzr istəyirəm... Mənə işgəncə
verilir və zəhərlənmişəm. Sizə müraciət etmək istəyirəm – mən fəxr
edirəm ki, hamı Ukrayna xalqına heyrandır, mən fəxr edirəm ki,
prezident Zelenskidir, onun ofisinə minnətdaram... Qələbəmizə tam
əminəm. Amma bu qədər yaxın olan qələbəni görməyə ömrüm çatmasa,
qəlbim Kiyevdə dəfn edilməlidir. O, Ukraynaya məxsusdur...
Ukraynaya şöhrət, düşmənimizə ölüm”, - o, ayın
Ukrayna dilində müraciətində deyib. Tam sitat "Matavari" kanalına
məxsusdur.
O, bütün biliyini Gürcüstana verdiyini də bildirib. “İndi mən
sağlamlığımı vermişəm və tək tələbim budur ki, müalicə olunmaq
imkanı verilsin. Lazım olsa canımı verərəm. Vəziyyətim kəskin
şəkildə pisləşib”.
Bundan sonra distant qoşulma kəsilib. Məhkəmə prosesi ictimai
müdafiəçinin yanında həkim şurasının üzvlərindən biri olan
nevropatoloq Tengiz Tsuladzenin dindirilməsi ilə davam edir.