Həkimin sözlərinə görə, Saakaşvili arıqlamağa davam edərsə, bu, ölümlə nəticələnə bilər
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və ya azadlığa buraxılması ilə bağlı Tbilisi Şəhər Məhkəməsində İctimai Müdafiə Şurasının həkimi, nevroloq Tengiz Tsuladze ilə müsahibə keçirilib.

Tengiz Tsuladzenin sözlərinə görə, anoreksiya və kaxeksiya iştahsızlıq, ürək bulanmasına səbəb olur, nəticədə Mixeil Saakaşvili artıq yemək qəbul edə bilmir. Onun sözlərinə görə, Saakaşvili kaxeksiyanın dördüncü səviyyəsindədir, kaxeksiya ciddi diaqnozdur və ömrün uzunluğuna təsir göstərir.

“Başlanğıcda aclıq aksiyasına başlayanda yəqin yemək yemirdi. İndi isə daha yeyə bilmir.

Bu, xəstə tərəfindən idarə olunmur. O, bunu belə asanlıqla idarə edə bilməz. Onun öz müalicə protokolu var və yəqin ki, həmkarları müalicə edir. Son vaxtlar nə verirlər, bilmirəm”-
deyə həkim izahat verib.

Həkimin sözlərinə görə, Mixeil Saakaşvili arıqlamağa davam edərsə və 52 kiloqramdan aşağı düşərsə, o, öləcək.

“Əgər xəstə arıqlamağa davam edərsə və kütlə indeksi 14-ə düşərsə, yəni çəkisi 52 kiloqramdan aşağı düşərsə, öləcək. Biz bu indeksi görəndə 20 və ya 21 idi.

Kaxeksiya demansdan daha ağırdır. Kaloriləri hesabladıq və onun 400 kalori aldığını gördük. Həyati funksiyaları qorumaq üçün ona 1100 kalori lazımdır. Ancaq ümumiyyətlə, belə bir vücuda sahib olan insan 1800-2000 kalori qəbul etməlidir”,
- Tengiz Tsuladze bildirib.

Mənbə: Publika

Print Email
FaceBook Twitter Google