Təzəkənddə “kənd toplantısı” baş tutmayıb. 1 fevral tarixində, saat
14:00-a təyin edilmiş görüş əhalinin yetərli sayda olmamasına görə
baş tutmayıb.
İclas üçün 200 imza lazım idi, ancaq iclasa təxminən 40 nəfər
gəlib. Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri
səlahiyyətlərinin icraçısı Maia Naveriani toplantının baş
tutmadığını elan etdi və Təzəkənd sakinləri ilə təkrar görüşü 2
fevral, saat 11:00-a elan edib. Əhalinin toplaşması üçün öhdəlik
daşıyanlardan biri merin nümayəndəsidir. O, bizimlə söhbəti zamanı
bildirdi ki, yerli sakinlərə kənd toplantısı ilə bağlı əvvəlcədən
məlumat verib, ancaq əksəriyyət deyilən vaxtda həmin yerə
gəlməyib.
Kənd üçün mərkəzi büdcədən 20 000 lari ayrılıb. Kəndə dəstək
proqramı üçün 2023-cü ildə mərkəzi büdcədən 1 232 00 lari
ayrılıb.
Kəndlərə pul əhalinin sayına əsasən bölünüb. Hər kənd üçün minimum
12 000, maksimum 20 000 lari nəzərdə tutulub.
Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 1 fevraldan
15 fevrala kimi keçiriləcək.
Marneuli meriyası “Kəndə dəstək proqramı çərçivəsində”
maliyyələşdirilməsi mümkün olan layihələrin siyahısını
yayımlayıb.
Yerli əhalinin qərarı ilə müxtəlif kəndlərdə qeyd olunan layihələri
maliyyələşdirmək mümkün olacaq:
• İçməli su sistemləri (O cümlədən quyular, su
kəmərləri, su anbarları, təmizləyici qurğular və s.);
• Suvarma sistemləri;
• Kanalizasiya;
• Sahil bərkitmə işləri;
• Yollar və yolkənarı dayanacaqlar; eləcə də səkilər və yolun
tərkib hissəsi olan digər infrastruktur;
• Körpülər, çərçivələr, körpü tağları, keçidlər;
• Küçə işıqları;
• Məktəb ərazisində yenidənqurma işləri;
• Məktəbəqədər müəssisələr və müvafiq inventar;
• Ambulatoriya binaları;
• Qəbiristanlıqların hasarlanması;
• İdman infrastrukturu, meydançalar və meydançalar üçün
inventar;
• Parklar, həmçinin, müvafiq inventarı olan uşaq parkları, eləcə də
ayaqyolu, müvafiq inventarı olan istirahət məkanları;
• Dəyirmanların bərpası və müvafiq inventar;
• Mini-seslər və müvafiq bərpa işləri;
• Coğrafi obyektlərə adın verilməsi və ünvan verilməsinə uyğun
olaraq, müvafiq işarələrin, eləcə də turist yerlərini göstərəcək
nişanların yerləşdirilməsi.