Bu gün Marneuli ərazisində yağış yağacağı gözlənilir
09:07 / 02.02.2023
Bu gün, 2 fevral tarixində gündüz və gecə saatlarında
Marneuli ərazisində yağış yağacağı gözlənilir.
Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bələdiyyədə
mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gündüz +7 dərəcə, gecə isə temperatur +1 dərəcə
isti olacaq.
Məlumata görə, 3 fevral tarixində bələdiyyə ərazisində gündüz
havanın parçalı buludlu olacağı gözlənilir. Gecə saatlarında isə
buludlu hava qeydə alınacaq. Gündüz temperatur +10 dərəcə isi
olacaq, gecə isə temperatur -4 dərəcə qədər enəcək.
4 fevral tarixinə gəlincə isə Marneuli ərazisində günün birinci
yarısında havanın parçalı buludlu olacağı gözlənilir. Günün ikinci
yarısı isə buludlu hava müşahidə ediləcək. Gecə saatlarında
bələdiyyədə ərazisində havanın əsasən buludlu olacağı gözlənilir.
Gündüz havanın temperaturu +6 dərəcə istini göstərəcək, gecə isə
temperatur -2 dərəcəyə qədər enəcək.