“Ukrayna vətəndaşı, Gürcüstanın keçmiş prezidenti
Mixeil Saakaşvili tədricən öldürülür”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski tviter hesabında
yazıb.
“XXI əsrdə Avropada bir insanın faktiki olaraq açıq şəkildə edam
edilməsi cəhdinə qarşı hələ də mübarizə aparmalı olmağımızın özü
biabırçılıqdır”, - Zelenski tviter hesabında qeyd
edib.
"Onun həyatı üçün təhlükə olduğunu nəzərə alaraq, mən Gürcüstanın
hakimiyyət orqanlarını Avropa insan hüquqlarının müdafiəsi
normaları üzrə öhdəliklərini yada salmağa, sui-istifadəyə son
qoymağa və Mixeili azad etməyə çağırıram! Mən dünyanı Mixeilin
həyatını xilas etməyə və onun edamının qarşısını almağa kömək
etməyə çağırıram", - Ukrayna lideri vurğulayıb.
Zelenski Saakaşvilinin fotolarını da paylaşıb.
Qeyd edək ki, bir neçə gün əvvəl də Saakaşvili də başına gələnlərin
Ukrayna lideri üçün mesaj olduğunu bildirib. “Mənim başıma gələnlər
Ukrayna Prezidenti Volodimir Zelenski üçün açıq “mesaj”dır, - sabiq
prezident deyib.
Zelenski Gürcüstan hakimiyyətini öhdəliklərini yerinə yetirməyə
Saakaşvilini azad etməyə çağırıb.