Meriya taksi lisenziyası verməyi nə vaxtdan dayandıracaq?
“2023-cü il martın 20-dən bələdiyyə mövcud köhnə sistemlə A kateqoriyalı icazələrin verilməsini dayandıracaq”, - bu barədə paytaxt meriyasının taksi sahəsində islahatların 3-cü mərhələsinin başlanması ilə bağlı keçirdiyi təqdimat mərasimində bildirilib.

“2023-cü il aprelin 1-dən bələdiyyə A kateqoriyalı icazələri yeni sistem üzrə bir dəfə verəcək. Bu yeni icazələr 1 oktyabr 2019-cu il və 20 mart 2023-cü il tarixləri arasında ən azı bir dəfə A kateqoriyalı icazəyə malik olan və ya alacaq bütün şəxslərə veriləcək. Hər bir şəxsə 1 icazənin verilməsi vacibdir.

Əlavə olaraq bildirilməlidir ki, aprelin 1-dən verilən icazə həmin şəxsin daimi mülkiyyəti olacaq və bələdiyyə artıq daha çox lisenziya/icazə verməyəcək.

Aprelin 1-dən isə taksi lisenziyası almağa qərar verənlərin hamısı bunu icazənin sahibi olan şəxsdən alıb və ya icarəyə götürməklə edə biləcək. Bu əməliyyatlarda fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də iştirak edə biləcəklər”,
- Tbilisi merinin müavini İrakli Xmaladze islahatların 3-cü mərhələsinin təqdimatında bildirib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google