2022-ci ildə Gürcüstanda ən çox törədilən cinayətlər oğurluqdur, ikinci yerdə məişət zorakılığı gəlir
Ötən il Gürcüstanda 54 435 cinayət qeydə alınıb, onlardan 3 805 fakt (62,1%) hüquq-mühafizə orqanları tərəfindən açılıb.

O cümlədən, Daxili İşlər Nazirliyinin statistik məlumatlarına əsasən, cinayətlərin ən çox - 15 862 (açılmış 8 477) oğurluq, 4 106 (3 586 açılmış) və 3 699 (3 280 açılmış) məişət zorakılığı faktlarıdır.

Bundan başqa, qeydə alınmış cinayətlər arasında həyat əleyhinə olan 1470 cinayət faktı var ki, onlardan 212-si açılıb. Onların arasında qəsdən adam öldürmə ilə bağlı 42 və ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə ilə bağlı 32 fakt var ki, onlardan da ümumilikdə 68-i hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən açılıb. Bundan başqa, adam öldürməyə cəhdlə bağlı 74, ağırlaşdırıcı hallarda isə 47 adam öldürməyə cəhd faktı qeydə alınıb, onlardan 117-nin üstü açılıb. Həmçinin 1070 intihar faktı qeydə alınıb – 21-i açılıb.Bundan başqa 2417 yol-nəqliyyat cinayəti də qeydə alınıb.

Digər cinayət növlərinə gəlincə, statistik məlumatlar belə görünür:

Zorlama - 176, üstü açılmış 123; Narkotik cinayətləri - 5471, 5170 açılıb; Vəzifə cinayəti - 577, 162 açılıb; İşğal olunmuş ərazilərin hüquqi rejiminin pozulması - 68, açılmış 46.

Qeyd edək ki, ötən illə müqayisədə qeydə alınan cinayətlərin sayı 3,39% azalıb. Cinayətlərin açılması tempi artıb - 2021-ci ilin yanvar-iyul aylarında daxili işlər orqanları tərəfindən qeydə alınmış 56 343 cinayətin 49,82 faizi açılıb.

Print Email
FaceBook Twitter Google