Moldova Prezidenti Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib
Moldova Prezidenti Maya Sandu Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvilinin azad olunması ilə bağlı çağırış edib.

Bu barədə Maya Sandu "Twitter"də paylaşım edib.

“Mixail Saakaşvilinin kritik fiziki vəziyyəti son dərəcə narahatedicidir. Müxalifət liderinin işgəncə ilə öldürülməsi Avropa İttifaqına üzv olmaq istəyən bir ölkə üçün qəbuledilməzdir. Saakaşvili dərhal azad edilməli və müalicə üçün xaricə göndərilməlidir”, - Moldova dövlət başçısı vurğulayıb.


Ukrayna Prezidenti Volodimir Zelenski də tviter hesabında Saakaşvili ilə bağlı məlumat paylaşıb.

“Ukrayna vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili tədricən öldürülür”.

Qeyd edək ki, bir neçə gün əvvəl də Saakaşvili də başına gələnlərin Ukrayna lideri üçün mesaj olduğunu bildirib. “Mənim başıma gələnlər Ukrayna Prezidenti Volodimir Zelenski üçün açıq “mesaj”dır, - sabiq prezident deyib.

Zelenski Gürcüstan hakimiyyətini öhdəliklərini yerinə yetirməyə Saakaşvilini azad etməyə çağırıb.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google