Qeyri-hökumət təşkilatı NDİ 2022-ci ilin dekabr ayında CRRC
Gürcüstan tərəfindən aparılan ictimaiyyətin əhval-ruhiyyəsi ilə
bağlı birbaşa sorğunun nəticələrini yayımlayıb.
Araşdırmaya əsasən, əhalinin əksəriyyəti – 66% deyir ki,
Gürcüstanda özünü əmin-amanlıqda hiss edir, 34% isə bildirir ki,
özünü əmin-amanlıqda hiss etmir.
“Ən çox Tbilisi sakinləri və müxalifət dəstəkçiləri özlərini
əmin-amanlıqda hiss etmirlər. Özünü ən çox əmin-amanlıqda hiss
edənlər isə etnik azlıq nümayəndələri, Gürcü Arzusunun dəstəkçiləri
və kişilərdir”, – araşdırmada deyilir.
Araşdırmanın nəticələrinə görə, Gürcüstan vətəndaşları əsasən
iqtisadi məsələlərlə bağlı özlərini müdafiəsiz hiss edirlər.
Araşdırmada azlıqların məntəqəsində olan əhval-ruhiyyə də qeyd
olunub. Özünü əmin-amanlıqda hiss etməyən 34% azlıqların
məntəqəsində buna səbəb olaraq işsizlik və iş yerlərinin az
olmasını bildirir.
Gürcüstanda özünü müdafiəsiz hiss etməyin üç ən əsas səbəbi nədir?
Azlıq nümayəndələrinin 73% bu suala cavab olaraq bildirir ki, səbəb
işsizlik, iş yerlərinin az olmasıdır. 43% deyir ki, səbəb
yoxsulluqdur, 32% isə səbəbin inflyasiya/yüksək qiymətlər olduğunu
qeyd edir.

Qeyd edək ki, Gürcüstanın qalan hissəsindən fərqli olaraq, etnik
azlıqlar arasında ərazi bütövlüyü mühüm milli məsələlər arasında
qeyd olunmur.
Sizin üçün və ailəniz üçün hansı milli məsələlər daha mühümdür? –
Azlıqların məntəqəsində 56% buna cavab olaraq iş yerlərinin
olmasını qeyd edirlər, 34% yoxsulluq, 30% isə qiymətlərin artmasını
qeyd edir. 30% təqaüdləri, 1% isə ərazi bütövlüyünü vurğulayıb.
