Gürcüstanda ən çox etnik azlıq nümayəndələri özlərini əmin-amanlıqda hiss edirlər – NDİ
Qeyri-hökumət təşkilatı NDİ 2022-ci ilin dekabr ayında CRRC Gürcüstan tərəfindən aparılan ictimaiyyətin əhval-ruhiyyəsi ilə bağlı birbaşa sorğunun nəticələrini yayımlayıb.

Araşdırmaya əsasən, əhalinin əksəriyyəti – 66% deyir ki, Gürcüstanda özünü əmin-amanlıqda hiss edir, 34% isə bildirir ki, özünü əmin-amanlıqda hiss etmir.

“Ən çox Tbilisi sakinləri və müxalifət dəstəkçiləri özlərini əmin-amanlıqda hiss etmirlər. Özünü ən çox əmin-amanlıqda hiss edənlər isə etnik azlıq nümayəndələri, Gürcü Arzusunun dəstəkçiləri və kişilərdir”,
– araşdırmada deyilir.

Araşdırmanın nəticələrinə görə, Gürcüstan vətəndaşları əsasən iqtisadi məsələlərlə bağlı özlərini müdafiəsiz hiss edirlər. Araşdırmada azlıqların məntəqəsində olan əhval-ruhiyyə də qeyd olunub. Özünü əmin-amanlıqda hiss etməyən 34% azlıqların məntəqəsində buna səbəb olaraq işsizlik və iş yerlərinin az olmasını bildirir.

Gürcüstanda özünü müdafiəsiz hiss etməyin üç ən əsas səbəbi nədir? Azlıq nümayəndələrinin 73% bu suala cavab olaraq bildirir ki, səbəb işsizlik, iş yerlərinin az olmasıdır. 43% deyir ki, səbəb yoxsulluqdur, 32% isə səbəbin inflyasiya/yüksək qiymətlər olduğunu qeyd edir.

Qeyd edək ki, Gürcüstanın qalan hissəsindən fərqli olaraq, etnik azlıqlar arasında ərazi bütövlüyü mühüm milli məsələlər arasında qeyd olunmur.

Sizin üçün və ailəniz üçün hansı milli məsələlər daha mühümdür? – Azlıqların məntəqəsində 56% buna cavab olaraq iş yerlərinin olmasını qeyd edirlər, 34% yoxsulluq, 30% isə qiymətlərin artmasını qeyd edir. 30% təqaüdləri, 1% isə ərazi bütövlüyünü vurğulayıb.

 

Print Email
FaceBook Twitter Google