Marneuli Mədəniyyət Mərkəzi Ani Nozadzeyə dəstək üçün konsert keçirəcək
7 fevral tarixində Marneuli Mədəniyyət Evinin konsert zalında Ani Nozadzeyə dəstək konserti keçiriləcək. “Ani üçün” – Mədəniyyət Mərkəzi tərəfindən planlaşdırılan, saat 18:00-da başlayacaq tədbir belə adlanır.

“Ani Mədəniyyət Mərkəzinin fərqlənən üzvüdür. Bizim mirvarimiz! İllər ərzində “Red carpet” qrupunun uğurlu vokalisti olub. Bu günə qədə Mədəniyyət Mərkəzi üçün, ümumilikdə bələdiyyə üçün mühüm layihələrdə fəal iştirakı davam etdirir. Biz bununla fəxr edirik və ona minnətdarıq. Aninin böyük məqsədləri var. O, müstəqil, formalaşmış musiqiçidir və iri addımlarla peşəkar inkişafa davam edir. “Voice” layihəsində uğurlu başlanğıc buna nümunədir. Bu gün ona bizim dəstəyimiz lazımdır. Ona enerji ötürməliyik ki, tezliklə ailəsinə, işinə, dostlarına qayıtsın. Bu tədbirlə bir daha demək istəyirik ki, o, bizim üçün nə dərəcədə mühümdür! – “biz buradayıq və onu gözləyirik!” – Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvili “Marneuli” radiosuna bildirdi.

Konsertdə iştirak etmək istəyənlər bilet almaq üçün Marneuli Bələdiyyəsinin Mədəniyyət Mərkəzinə (Marneuli şəhəri, Rustaveli küçəsi N108) müraciət edə və ya qeyd olunan nömrəyə zəng edə bilərlər: 577961872.

Ani Nozadze bir aydan artıqdır ki, işemik insult diaqnozu ilə xəstəxanadadır.

Print Email
FaceBook Twitter Google