Gürcüstanda hər 5 nəfərdən biri ölkəni tərk etmək barədə düşünür
Gürcüstanda hər 5 nəfərdən biri ölkəni tərk etmək barədə düşünür.

Bu barədə Milli Demokratik İnstitut (NDI) təşkilatının əhali arasında keçirdiyi sorğunun nəticəsində qeyd olunub. Bildirilib ki, paytaxt Tbilisinin, eləcə də böyük şəhərlərin sakinlərinin və gənclərin üçdə biri ölkəni tərk etmək istəyir.

Miqrasiya etmək istəyənlərin əksəriyyətinin kişilər olduğu qeyd olunub.

Dekabrın 3-dən 20-dək ölkə ərazisində üzbəüz müsahibə şəklində keçirilən sorğuda 2519 nəfər iştirak edib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google