Hər üçüncü vətəndaş iqtisadi səbəbə görə özünü müdafiəsiz hiss edir - NDI
Milli Demokratiya İnstitutu (NDI) və CRRC-Georgia tərəfindən bu gün dərc edilən araşdırmaya görə, Gürcüstan vətəndaşları əsasən iqtisadi səbəblərə görə özlərini müdafiəsiz hiss edirlər.

Araşdırmaya görə, respondentlərin 39%-i yoxsulluq, 35%-i inflyasiya və yüksək qiymətlər, 34%-i işsizlik səbəbindən özünü müdafiəsiz hiss edir. Yalnız bundan sonra cinayət, müharibə və sağlamlıq problemləri gəlir.

Sözügedən hesabat dekabrın 3-dən dekabrın 20-dək (işğal olunmuş ərazilər istisna olmaqla) Gürcüstanın yaşlı əhalisi arasında ölkə boyu aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır.

Aparılan sorğuya ümumilikdə 2519 tamamlanmış müsahibə daxildir. Sorğuda orta səhv nisbəti +/- 1,6 faizdir. NDI tədqiqatı Böyük Britaniya hökumətinin yardımı ilə dəstəklənir. Araşdırma CRRC Georgia tərəfindən aparılıb.

Mənbə: BPN

Print Email
FaceBook Twitter Google