Milli Demokratiya İnstitutu və CRRC-Georgia-nın bu gün dərc etdiyi
araşdırmaya görə, respondentlərin əksəriyyətinin fikrincə, onların
ailəsinə rahat həyat üçün aylıq 3000 lariyə qədər gəlir lazım olur.
Qeyd edək ki, əksəriyyətin fikrincə, yemək və qəlyanaltı xərcləri
əvvəlki illərlə müqayisədə azalıb.
Əhalinin əksəriyyəti istirahət və alış-veriş üçün xərclərini
azaldıb.
Qeyd edək ki, maliyyə çətinliyi üzündən əhalinin 74%-i ötən illə
müqayisədə geyimə az pul xərcləyir, 34%-i isə daha az maşın
sürür.
Əksəriyyətin fikrincə, onların ailəsinin rahat yaşaması üçün aylıq
3000 lariyə qədər gəliri ehtiyacı var. Bu fikri Tbilisi sakinləri,
gənclər və ali təhsilli şəxslər bölüşürlər.
Ölkədəki yoxsulluq, işsizlik və yüksək qiymətlər fonunda hər beş
respondentdən biri ölkəni tərk etməyi düşünür.
Məlumat üçün bildirək ki, sözügedən hesabat dekabrın 3-dən dekabrın
20-dək (işğal olunmuş ərazilər istisna olmaqla) Gürcüstanın yetkin
əhalisi arasında ölkə üzrə aparılan üzbəüz sorğunun nəticələrinə
əsaslanır.
Dekabr sorğusuna ümumilikdə 2519 tamamlanmış müsahibə daxildir.
Sorğuda orta səhv nisbəti +/- 1,6 faizdir. NDI tədqiqatı Böyük
Britaniya hökumətinin yardımı ilə dəstəklənir. Araşdırma CRRC
Georgia tərəfindən aparılıb.