Gürcüstanda bir ailəni təmin etmək üçün ayda neçə lari lazımdır - araşdırma
Milli Demokratiya İnstitutu və CRRC-Georgia-nın bu gün dərc etdiyi araşdırmaya görə, respondentlərin əksəriyyətinin fikrincə, onların ailəsinə rahat həyat üçün aylıq 3000 lariyə qədər gəlir lazım olur.

Qeyd edək ki, əksəriyyətin fikrincə, yemək və qəlyanaltı xərcləri əvvəlki illərlə müqayisədə azalıb.
Əhalinin əksəriyyəti istirahət və alış-veriş üçün xərclərini azaldıb.

Qeyd edək ki, maliyyə çətinliyi üzündən əhalinin 74%-i ötən illə müqayisədə geyimə az pul xərcləyir, 34%-i isə daha az maşın sürür.

Əksəriyyətin fikrincə, onların ailəsinin rahat yaşaması üçün aylıq 3000 lariyə qədər gəliri ehtiyacı var. Bu fikri Tbilisi sakinləri, gənclər və ali təhsilli şəxslər bölüşürlər.

Ölkədəki yoxsulluq, işsizlik və yüksək qiymətlər fonunda hər beş respondentdən biri ölkəni tərk etməyi düşünür.

Məlumat üçün bildirək ki, sözügedən hesabat dekabrın 3-dən dekabrın 20-dək (işğal olunmuş ərazilər istisna olmaqla) Gürcüstanın yetkin əhalisi arasında ölkə üzrə aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır.

Dekabr sorğusuna ümumilikdə 2519 tamamlanmış müsahibə daxildir. Sorğuda orta səhv nisbəti +/- 1,6 faizdir. NDI tədqiqatı Böyük Britaniya hökumətinin yardımı ilə dəstəklənir. Araşdırma CRRC Georgia tərəfindən aparılıb.

Mənbə: BPN

Print