Gürcüstanın hər beşinci vətəndaşı mühacirət etməyi düşünür
NDI-nin araşdırmasına görə, hər beş vətəndaşdan biri yaxın 12 ay ərzində işləmək üçün xaricə getməyi düşünür.

Getmək istəyənlərin sayı 50-dən aşağı yaş qrupunda xüsusilə çoxdur: onların demək olar ki, hər üçdə biri mühacirət etməyi düşünür.



"Tbilisi sakinlərinin, böyük şəhərlərin və azlıqların yaşadığı qəsəbələrin dörddə biri, eləcə də gənclərin üçdə biri mühacirət etmək istəyir. Kişilər ölkədən getməyi qadınlardan daha çox düşünür. "Gürcü Arzusu” tərəfdarları ilə müqayisədə müxalifət tərəfdarlarının sayı bir qədər çoxdur - onlar ölkəni tərk etmək barədə düşündüklərini söyləyirlər”,
- məlumatda deyilir.

Tədqiqat 2022-ci ilin dekabrında keçirilən üz-üzə sorğunun nəticələrinə əsaslanır və orada 2519 nəfər iştirak edib.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google