“Milli Demokratiya İnstitutu” (MDİ) və “Qafqaz Tədqiqat Resurs
Mərkəzi”nin (QTRM) digər birgə araşdırmasına görə, 2022-ci ilin
iyul ayı ilə müqayisədə ölkənin düzgün istiqamətdə getdiyinə inanan
vətəndaşların sayı dekabrda 14% artıb.
İyulda bu göstərici 23%-ə bərabər olub, dekabrda isə
respondentlərin 37%-i ölkənin düzgün istiqamət seçdiyini
bildirib.
Sorğuda həmçinin bildirilir ki, ölkənin istiqaməti ilə bağlı müsbət
qiymətləndirmə “Gürcü Arzusu” tərəfdarları arasında ən çox artıb,
yəni 52%-dən 75%-ə qədər, Tbilisi sakinləri və müxalifət
tərəfdarları isə ən tənqidi mövqedir.
Bununla yanaşı, ölkənin iqtisadi vəziyyətini mənfi qiymətləndirən
vətəndaşların sayı da azalıb.
Sorğunun nəticələrinə görə, 2022-ci ilin avqustunda respondentlərin
55%-i ölkə iqtisadiyyatının “pis vəziyyətdə” olduğunu bildirib,
dekabrda isə bu göstəricilər 48%-ə qədər azalıb.
_____________________________________
NDI ictimai rəy sorğusu çərçivəsində dekabrın 3-dən dekabrın 20-dək
Gürcüstanda (işğal olunmuş ərazilər istisna olmaqla) yaşlı əhali
arasında üzbəüz sorğu keçirib. Sorğu 2519 müsahibədən ibarətdir və
səhv nisbəti +/- 1,6% təşkil edir.