Rusiya özünün sərhədlərinin harada olduğunu öyrənməlidir - Zurabişvili
“Gürcüstan Ukrayna ilə sülh sazişinə uyğun olaraq Rusiyanın öz torpaqlarını tərk etməsini istəyir”, - Gürcüstan prezidenti Salome Zurabişvili Bloomberg agentliyinə müsahibəsində bildirib.

“Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir. Gürcüstan məsələsi masa üzərində olmalıdır ki, heç kim Rusiyanın işğal etdiyi bütün ərazilərdən çıxmadan bu müharibəni həll edə biləcəyini düşünməsin. Rusiya bütün müharibəni olmasa da, demək olar ki, döyüşləri uduzub”,
- deyə Salome Zurabişvili bildirib.

Zurabişvili hesab edir ki, kapitulyasiya çərçivəsində Rusiyanın tamamilə geri çəkilməsini tələb etmədən “Qərb dünyası 2008 və 2014-cü illərdə etdiyi kimi daha bir böyük səhvə yol verəcək ”.

Mənbə: Publika

Print Email
FaceBook Twitter Google