2022-ci ildə Gürcüstanda 176 zorlama faktı qeydə alınıb, onlardan 123-ü hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən açılıb
Ötən il Gürcüstanda 176 zorlama faktı qeydə alınıb, onlardan 123-ü (69,89%) hüquq-mühafizə orqanlarının əməkdaşları açıb.

Daxili İşlər Nazirliyinin statistik məlumatlarına əsasən, 2022-ci ildə cinsi azadlıq və toxunulmazlıq əleyhinə ümumilikdə 578 fakt qeydə alınıb, onlardan 402-si (69,55%) açılıb. Sözügedən hallara zorlama ilə yanaşı, cinsi hərəkətlər kimi cinayət növləri də daxildir.

2021-ci ilin məlumatlarına gəlincə, 2021-ci ildə cinsi azadlıq və toxunulmazlığa qarşı ümumilikdə 530 iş qeydə alınıb, onlardan 265-i (50%) açılıb. Onların arasında 170 zorlama faktı olub, onlardan 97-nin (57,06%) üstü hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən açılıb.

Məlumat üçün bildirək ki, ötən il Gürcüstanda ümumilikdə 54 435 qeydə alınmış cinayət qeydə alınıb, onlardan 3 3805 fakt (62,1%) hüquq-mühafizə orqanları tərəfindən açılıb.

Print