Kaspi rayonunda kişi ayaqları tapılıb
Kaspi bələdiyyəsində yaşlı kişi ölü tapılıb.

Mərhumun oğlu “Formula”ya bildirib ki, hadisə yerində kişinin yalnız aşağı ətrafları qalıb. O, atasının vəhşi heyvanın hücumuna məruz qaldığını ehtimal edir.

Meyit mərhumun evinin həyətində aşkar edilib.

Merin Lamiskani inzibati ərazi vahidi üzrə nümayəndəsi Qiorqi Çixinaşvili də eyni fikirdədir.

“Yəqin ki, onu vəhşi heyvan parçalayıb yeyib. Onu evinin yaxınlığında tapıblar”,
- Çixinaşvili Şida Kartlidə işləyən “Mozaika” xəbər agentliyinə deyib.

72 yaşlı kişinin canavar tərəfindən parçalanması təsdiqlənmir. Daxili İşlər Nazirliyi bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan insan ölümünə səbəb olan 116-cı maddəsi ilə istintaq başlayıb. Kişinin ölümünə nəyin səbəb olması haqda suala ekspertlərin cavabı hələlik məlum deyil.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google