Kaspi bələdiyyəsində yaşlı kişi ölü tapılıb.
Mərhumun oğlu “Formula”ya bildirib ki, hadisə yerində kişinin
yalnız aşağı ətrafları qalıb. O, atasının vəhşi heyvanın hücumuna
məruz qaldığını ehtimal edir.
Meyit mərhumun evinin həyətində aşkar edilib.
Merin Lamiskani inzibati ərazi vahidi üzrə nümayəndəsi Qiorqi
Çixinaşvili də eyni fikirdədir.
“Yəqin ki, onu vəhşi heyvan parçalayıb yeyib. Onu evinin
yaxınlığında tapıblar”, - Çixinaşvili Şida Kartlidə
işləyən “Mozaika” xəbər agentliyinə deyib.
72 yaşlı kişinin canavar tərəfindən parçalanması təsdiqlənmir.
Daxili İşlər Nazirliyi bildirir ki, faktla bağlı Cinayət
Məcəlləsinin ehtiyatsızlıqdan insan ölümünə səbəb olan 116-cı
maddəsi ilə istintaq başlayıb. Kişinin ölümünə nəyin səbəb olması
haqda suala ekspertlərin cavabı hələlik məlum deyil.