Davit Peradze Avropa Dəmir Yolları İttifaqının (CER) Baş Assambleyasında iştirak edib
Gürcüstan Dəmir Yollarının baş direktoru Brüsseldə Avropa Dəmir Yolları İttifaqının (CER) Baş Assambleyasında iştirak edib.
71-ci Assambleyada təşkilata üzv dövlətlərin nümayəndələri 2022-ci ilə yekun vurub, 2023-cü il üçün planlar barədə danışıblar.

Birliyin rəhbəri Alberto Mazzola nümayəndələrə 2023-cü ildə həyata keçiriləcək layihələrin siyahısını təqdim edib: bunlar arasında Avropa dəmir yolu daşımalarının həcminin artırılması, ekoloji dayanıqlıq və yaşıl statusun qorunması, dəmir yolu sektoru üçün əlavə investisiyaların tapılması, vahid bilet sisteminin yaradılması, özəl sərmayələrin cəlb edilməsi, o cümlədən sosial məsələlərin, xüsusilə qadınların dəmir yolları sahəsində rolunun və cəlbinin gücləndirilməsi.

Baş Assambleya müzakirə rejimində keçirilib. Tədbirin sonunda nümayəndələr növbəti ilin fəaliyyət planını təsdiq ediblər.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google