Gürcüstan Dəmir Yollarının baş direktoru Brüsseldə Avropa Dəmir
Yolları İttifaqının (CER) Baş Assambleyasında iştirak edib.
71-ci Assambleyada təşkilata üzv dövlətlərin nümayəndələri 2022-ci
ilə yekun vurub, 2023-cü il üçün planlar barədə danışıblar.
Birliyin rəhbəri Alberto Mazzola nümayəndələrə 2023-cü ildə həyata
keçiriləcək layihələrin siyahısını təqdim edib: bunlar arasında
Avropa dəmir yolu daşımalarının həcminin artırılması, ekoloji
dayanıqlıq və yaşıl statusun qorunması, dəmir yolu sektoru üçün
əlavə investisiyaların tapılması, vahid bilet sisteminin
yaradılması, özəl sərmayələrin cəlb edilməsi, o cümlədən sosial
məsələlərin, xüsusilə qadınların dəmir yolları sahəsində rolunun və
cəlbinin gücləndirilməsi.
Baş Assambleya müzakirə rejimində keçirilib. Tədbirin sonunda
nümayəndələr növbəti ilin fəaliyyət planını təsdiq ediblər.