Moldova prezidenti Maya Sandu şəxsi Twitter səhifəsində Mixeil
Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı açıqlama verib.
Moldova Respublikasının Prezidenti qeyd edib ki, Saakaşvilinin ağır
fiziki vəziyyəti son dərəcə narahatlıq doğurur:
“Mixeil Saakaşvilinin kritik fiziki vəziyyəti son dərəcə
narahatedicidir. Müxalifət liderinin işgəncə ilə öldürülməsi Avropa
Birliyinə üzv olmaq istəyən ölkə üçün qəbuledilməzdir. O, dərhal
buraxılmalı və müalicə üçün xaricə getməlidir”, -
Maya Sandu bildirib.
Fevralın 1-də Mixeil Saakaşvili Tbilisi Şəhər Məhkəməsində davam
edən iclasda distant iştirak edib.
Saakaşvilinin dediyi kimi, onun vəziyyəti kəskin şəkildə pisləşib
və xahiş etdiyi yeganə şey adekvat müalicə imkanının
verilməsidir.