Gürcüstan vətəndaşları özlərini niyə müdafiəsiz hiss etdiklərini açıqlayıb - NDI sorğusu
Milli Demokratiya İnstitutu (NDI) və CRRC-Georgia-nın yeni araşdırmasına görə, Gürcüstan vətəndaşları əsasən iqtisadi məsələlərə görə özlərini müdafiəsiz hiss edirlər.

Daha dəqiq desək, hər üçüncü vətəndaş iqtisadi səbəblərə görə özünü müdafiəsiz hiss edir. Respondentlər özlərini müdafiəsiz hiss etmələrinin ən mühüm səbəbləri kimi yoxsulluğu (39%), inflyasiya/yüksək qiymətlər (35%) və işsizlik/iş yerlərini (34%) adlandırırlar.




Araşdırmaya görə, özünü müdafiəsiz hiss edənlər arasında 55+ yaşlı vətəndaşlar səbəb kimi yoxsulluğu, gənclərin çoxu isə cinayəti göstərir. Azlıqların məskunlaşdığı yerlərdə özünü müdafiəsiz hiss edənlər buna səbəb kimi iş yerlərinin azlığını göstərirlər.



Lakin sorğunun göstərdiyi kimi, “Gürcü arzusu”nun tərəfdarı olduğunu deyən vətəndaşların 51%-i yoxsulluq ucbatından özünü etibarsız hiss edir, müxalifət tərəfdarları arasında isə bu rəqəm 33%-dir.

NDI ictimai rəy sorğusu çərçivəsində dekabrın 3-dən dekabrın 20-dək Gürcüstanda (işğal olunmuş ərazilər istisna olmaqla) yaşlı əhali arasında üzbəüz sorğu keçirib. Sorğu 2519 müsahibədən ibarətdir və səhv nisbəti +/- 1,6% təşkil edir.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google