Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpa olunması
Gürcüstan hava limanlarında Rusiya şirkətlərinə xidmət edən
şirkətləri sanksiyalar təhdidi altında qoyacaq.
Bu barədə ABŞ Dövlət Departamentindən “Amerikanın Səsi”nə
bildirilib.
Qeyd olunub ki, hazırda ABŞ da daxil olmaqla bir sıra Qərb ölkələri
Rusiya təyyarələrinin öz hava məkanlarına daxil olmasını qadağan
edib və belə bir vəziyyətdə birbaşa uçuşların davam etdirilməsi
narahatlıq doğurardı.
“Bütün Qərb qəddar rejimlə özü arasında məsafə qoyub – indi Rusiya
ilə əlaqələri artırmağın vaxtı deyil”, - deyə
departamentin açıqlamasında bildirilib.
Qeyd edək ki, yanvarın 19-da Gürcüstanın hakim “Gürcü Arzusu”
partiyasının sədri İrakli Kobaxidze Rusiya ilə birbaşa uçuşların
bərpasının mümkünlüyünü və bunun Gürcüstan vətəndaşları üçün
faydalı ola biləcəyini deyib. O, Rusiya tərəfinin belə bir
qərarının alqışlana biləcəyini qeyd edib.
Gürcüstan Prezidenti Salome Zurabişbili isə birbaşa uçuşların davam
etdirilməsinin əleyhinə olduğunu bəyan edib.
Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu
ilin yayında Tbilisidə keçirilən Rusiya əleyhinə aksiyalardan sonra
Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə dayandırılıb.