Fransa vətəndaşı elektron biletin oyun tarixinin seçimində yol
verdiyi səhv nəticəsində lotereyada 17 milyon avro udub.
Fransanın qumar oyunları tənzimləyicisi “Francaise des jeux” bunun
yanvar ayında baş verdiyini bildirib. Lotereyanı internet vasitəsi
ilə oynayan iştirakçı öz bəxtini cümə günü, ayın 13-də sınamaq
istəsə də, tarix seçimində səhvən yanvarın 14-nü qeyd edib.
Adının açıqlanmasını istəməyən 40 yaşlı fransalı bundan sonra işdən
çıxaraq sahibkarlıqla məşğul olmağa, ev almağa və səyahət etməyə
hazırlaşır.
2021-ci ilin oktyabr ayında Fransa Polineziyası sakini
“EuroMillions” lotereyasında 220 milyon avro udaraq bu oyunun
rekord cek-potunu qazanmışdı.
Mənbə: Azertag.az