2023-cü ilin yanvar ayında əvvəlki ayla müqayisədə Gürcüstanda
inflyasiyanın səviyyəsi 0,8%, illik inflyasiyanın səviyyəsi isə
9,4% təşkil edib.
Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
Baza inflyasiyaya gəlincə, “Sakstat”ın məlumatına görə, sözügedən
göstərici 2023-cü ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə
müqayisədə 7,7%, tütünsüz illik baza inflyasiyası da 7,7%
səviyyəsində müəyyən edilib.
“Business Press News” yanvar ayında ən çox bahalaşan 10 məhsulun
siyahısını təqdim edir:
- Qarğıdalı unu - 83,2%
- Soğan - 74%
- Kartof - 54,5%
- Un məmulatları - 41,7%
- Qarpız - 38%
- Qaymaqlı vafli - 36,1%
- Xardal - 35,4%
- Qatılaşdırılmış süd - 29%
- Yaşıl lobya - 27%
- Karamel - 26,4%