Qarğıdalı unu, soğan, kartof - yanvar ayında ən çox hansı məhsullar bahalaşıb
2023-cü ilin yanvar ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,8%, illik inflyasiyanın səviyyəsi isə 9,4% təşkil edib.

Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Baza inflyasiyaya gəlincə, “Sakstat”ın məlumatına görə, sözügedən göstərici 2023-cü ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7%, tütünsüz illik baza inflyasiyası da 7,7% səviyyəsində müəyyən edilib.

“Business Press News” yanvar ayında ən çox bahalaşan 10 məhsulun siyahısını təqdim edir:
  • Qarğıdalı unu - 83,2%
  • Soğan - 74%
  • Kartof - 54,5%
  • Un məmulatları - 41,7%
  • Qarpız - 38%
  • Qaymaqlı vafli - 36,1%
  • Xardal - 35,4%
  • Qatılaşdırılmış süd - 29%
  • Yaşıl lobya - 27%
  • Karamel - 26,4%

Mənbə: BPN

Print