Baytallı, Ulaşlı və Beytarabçıda hansı layihələri dəstəkləyiblər
Bu gün, 3 fevral tarixində Marneuli bələdiyyəsinin Baytallı, Ulaşlı və Beytarabçı kəndlərində ümumi kənd toplantısı keçirilib.

Marneulidə kənd toplantıları “Kəndə dəstək proqramı” çərçivəsində keçirilir. Baytallı kəndində toplantı saat 11:00-da başlayıb. Ümumi toplantının legitimliyi üçün 20%-in imzası lazım idi. Marneuli meriyasının nümayəndəsi “Marneuli” radiosuna bildirdi ki, kənddə kifayət qədər imza toplanıb və əhali idman meydançasının hasarlanmasını dəstəkləyib. Baytallı sakinləri üçün “kəndə dəstək proqramı” çərçivəsində 12 000 lari ayrılıb.

Ulaşlıda ümumi toplantı saat 12:00-da başlamalı idi. “Marneuli” radiosu saat 12:00-da, toplantının keçiriləcəyi yerə – Ulaşlı kənd ictimai məktəbinə getdi. Amma görüş artıq başa çatmışdı. Meriya nümayəndəsi bildirdi ki, kənddə toplantının tez başlamasına ehtiyac yaranıb, çünki kənddə iki yas yeri var idi. Ulaşlı sakinləri kənddə suvarma kanallarının quraşdırılmasını dəstəkləyiblər və bunun üçün 16 000 lari xərclənəcək.

Beytarabçı sakinləri üçün də 16 000 lari ayrılıb. Kənd toplantısında əhalinin 20%-nin imzası toplanıb. Onlar arasında qadınla da, kişilər də olub. Yerli sakinlər kəndin ictimai məktəbinin hasarlanmasını və daxili yollara çınqıl tökülməsini dəstəkləyiblər. Meriya nümayəndəsi “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “kəndə dəstək proqramı” çərçivəsində Beytarabçıda ilkin mərhələdə məktəb hasarlanacaq, qalan pulla isə daxili yollara çınqıl töküləcək.


Print Email
FaceBook Twitter Google