Bu gün Mixeil Saakaşvilinin növbəti məhkəməsi keçirilir
Üçüncü prezident Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi ilə bağlı məhkəmə prosesi fevralın 3-də Tbilisi şəhər məhkəməsində keçiriləcək.

İclas Tbilisi Şəhər Məhkəməsində saat 12:00-a təyin edilib.

Məlumat üçün bildirək ki, Saakaşvilinin vəkilləri Gürcüstanın keçmiş prezidentinin cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər. Həmin vəsatətə hakim Qiorqi Arevadze baxacaq.

Mənbə: İnterPressNews

Print