Rusiya Gürcüstanla sərhəddəki yeganə quru keçid məntəqəsi olan Zemo
Lars istiqamətində nəqliyyatın hərəkətini tamamilə bağlayıb.
Belə çıxır ki, yol Gürcüstan tərəfdən də bağlıdır. Hər iki halda
səbəb pis havadır.
Gəlirlər Xidmətindən “Business Press News”a bildiriblər ki, iqlim
şəraitindən başqa heç bir məhdudlaşdırıcı norma yoxdur.
“Dünən Avtomobil Yolları Departamenti məlumat yayıb ki, Larsa gedən
bütün yol uçqun təhlükəsi səbəbindən bağlanıb. Başqa bir şey,
Gürcüstan tərəfindən heç bir məhdudlaşdırıcı norma
yoxdur”, - Gəlirlər Xidmətindən “Business Press
News”a bildiriblər.
Avtomobil Yolları İdarəsi bildirir ki, artıq uçqun təhlükəsi aradan
qaldırılıb, təmizlik işləri 2-3 saata yekunlaşacaq və avtomobillər
hərəkət edə biləcək, qoşquların hərəkətinə gəlincə, bu, Avtomobil
Yolları İdarəsi tərəfindən tənzimlənmir.
Məlumat üçün bildirək ki, Rusiya mətbuatının Şimali Osetiya
Fövqəladə Hallar Nazirliyinə istinadla yazdığına görə, Larsın
bağlanmasına səbəb havanın əlverişsiz olması və təhlükəsiz hərəkəti
mümkünsüz etməsidir.