“Vedrə ilə qaçırlar və söndürürlər, əmlakınızdan muğayat olun” – “Təmiz Marneulinin” zibil qabının yandırılmasına reaksiyası
Marneulidə, Rustaveli küçəsində zibil qabında yanğın yaranıb. Şahidlərdən birinin sözlərinə görə, naməlum şəxs qəsdən zibil qabını yandırıb. Bu Marneulidə zibil qablarında yanğın yaranması ilə bağlı ilk hal deyil. “Təmiz Marneulinin” rəhbəri Leri Mumladze bizimlə söhbət zamanı bildirdi ki, əməkdaşlar bu kimi faktlara reaksiya göstərirlər və yanğını söndürürlər.

“Reaksiya budur ki, harada alov görsələr, mənim əməkdaşlarım vedrə ilə qaçaraq söndürürlər. Başqa nə edim? kameralar qoşulmayıb. İndi bu məsələ ilə bağlı mənə zəng vurublar və əməkdaşdan xahiş etdim söndürdü. Əhaliyə deyərdim ki, bu hamının əmlakıdır. Qayğısına qalmalıdırlar, büdcənin pulu ilə, yəni hamının pulu ilə alınıb”,
– Leri Mumladze bildirdi.

Qeyd edək ki, Marneulidə zibil qabları bir neçə həftədir dəyişdirilib.

Print Email
FaceBook Twitter Google