Marneuli şəhərində zibil konteynerlərindən biri yanıb (VİDEO)
Marneuli şəhərinin Rustaveli 75 ünvanında zibil konteynerlərindən biri yandırılıb. Ərazidə olan sakinlər "Marneuli" radiosuna bildirdilər ki, bir nəfər zibil konteynerinə yaxınlaşıb və yandırıb. Daha sonra ərazidən uzaqlaşıb.

Konteynerin hansı səbəbdən yandırıldığı dəqiq məlum deyil.

Bu cür hadisə Marneulidə ilk dəfədir ki, baş vermir. Əvvələr də şəhərin küçələrində yerləşdirilmiş plastik konteynerlər yandırılmışdı.


Print