Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin vəkilləri Avropa
İnsan Haqları Məhkəməsinə müraciət edəcək.
Bu barədə Saakaşvilinin vəkili Şalva Xaçapuridze jurnalistlərə
açıqlamasında bildirib.
O, qeyd edib ki, bu gün Tbilisi Şəhər Məhkəməsində keçirilən
məhkəmə iclasında hakim Giorgi Arevadzenin qəbul etdiyi qərar
qarşıdakı günlərdə Strazburq məhkəməsinə göndəriləcək.
Şalva Xaçapuridze Saakaşvilinin həbsdə saxlanılması qərarının
siyasi mahiyyət daşıdığını və mübarizənin dayandırılmayacağını qeyd
edib.